Yuxarı

Azərbaycanın 15 rayonunda ən təhlükəli çaylarda sahilbərkitmə obyektlərinin tikintisinə başlanıb

Bakı. 24 noyabr. REPORT.AZ/ “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Qəbələ rayonu ərazisindəki Dəmiraparançay çayının sağ sahilində Laza kəndi istiqamətində avtomobil yolunun və yaşayış məntəqələrinin mühafizəsi üçün 436,4 m uzunluğunda dəmir-beton üzlüklü mühafizə divarının, Samur-Abşeron kanalının Qudyalçayla kəsişməsində dokerin tikinti işlərini başa çatdırıb. 

Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bundan əlavə Xanarx kanalının Qusarçayla və Qudyalçayla kəsişməsində akvedukların, Vəlvələçayda sugötürən qurğunun və Samur-Abşeron kanalının kəsişməsində dükerin mühafizəsi məqsədilə tikinti işləri başa çatdırıb.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib ki, eyni zamanda respublikanın 15 rayonunda - Göyçay, İsmayıllı, Qəbələ, Oğuz, Ağsu, Şəki, Qax, Zaqatala, Balakən, Qusar, Astara, Lənkəran, Ağcabədi, Qazax və Gədəbəy rayonlarının ərazisindən keçən ən təhlükəli çaylarda sahilbərkitmə obyektlərinin layihələndirilməsi və tikinti işlərinin aparılmasına başlanıb.

Qurumun açıqlamasında deyilir ki, bütün işlər Azərbaycan Prezidenti İlham Əliyevin sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılmasına dair imzaladığı sərəncamın icrasına uyğun yerinə yetirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi