Azərbaycanın 14 rayonunda torpaqların kadastr uçotu işləri tamamlanıb

Azərbaycanın 14 rayonunda torpaqların kadastr uçotu işləri tamamlanıb Bakı. 5 fevral. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi ötən il 18 rayonda çöl geodeziya ölçmə işlərini yekunlaşdırıb.
İnfrastruktur
5 Fevral , 2018 09:46
Azərbaycanın 14 rayonunda torpaqların kadastr uçotu işləri tamamlanıb

Bakı. 5 fevral. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi ötən il 18 rayonda çöl geodeziya ölçmə işlərini yekunlaşdırıb.

“Report” Dövlət Komitəsinə istinadən xəbər verir ki, bunlardan 14 rayonda torpaqların kadastr uçotu işləri tamamlanıb.

Elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritələrinin yaradılması nəticəsində bələdiyyə və relyef xəritələrinin hazırlanmasına nail olunur. Torpaq uçotu bitmiş rayonlardan ötən il ərzində 13 rayonun hüdudları daxilindəki bələdiyyələrin xəritələri hazırlanıb. Sumqayıt, Gəncə şəhərlərinin hüdudları daxilindəki bələdiyyələr üzrə xəritələr artıq tərtib edilib. Bakı şəhəri üzrə 53 bələdiyyə xəritəsinin, Şirvan, Naftalan, Mingəçevir şəhərlərinin bələdiyyə xəritələrinin hazırlanması işi yekunlaşıb. Təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların kadastr uçotuna alınması işləri 2020-ci ildə yekunlaşacaq, dəqiq kadastr uçotu məlumatları əsasında rəqəmsal bələdiyyə xəritələri hazırlanacaq.

Azərbaycanda torpaqların elektron kadastr uçotu və rəqəmsal kadastr xəritələrinin yaradılmasında “Azərkosmoc” ASC-in kosmik imkanlarından - süni peyklərin məlumatlarından istifadə olunur. Bu imkanların tətbiqi ilə torpaqların təyinatı üzrə istifadəsinin monitorinqi aparılır. 

Son xəbərlər

Orphus sistemi