Yuxarı

Azərbaycandan Cibutiyə yükdaşımalar üzrə aviareys açılacaq

İki ölkə həmçinin yükdaşımalar üzrə müştərək aviaşirkət yaradacaq

Bakı. 1 dekabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov noyabrın 29-30-da Cibutidə işgüzar səfərdə olub. AZAL-dan "Report"a verilən məlumata görə, səfər çərçivəsində C.Əsgərov Cibuti prezidenti İsmail Ömər Qelle, Cibuti Ticarət Limanı və Azad Ticarət Zonasının sədri Əbubəkr Ömər Hadi ilə görüş keçirib.

Görüşlər zamanı yeni Cibuti beynəlxalq hava limanı layihəsinin təqdimatı olub və Azərbaycan şirkətlərinin buradakı inşaat işlərində iştirak imkanları müzakirə edilib. 

Tərəflər əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalayıb, yükdaşımalar üzrə Bakı-Cibuti aviareysinin açılması, Azərbaycan-Cibuti müştərək yükdaşımalar şirkətinin yaradılması barədə razılıq əldə ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi