Yuxarı

Azərbaycanda yükdaşıma xidmətləri 19% bahalaşıb

Boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti 7,5% və 33,0% bahalaşıb

Bakı. 12 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 7,5% və 33,0% bahalaşıb.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, beynəlxalq əlaqələr üzrə yükdaşıma qiymətləri hava nəqliyyatında 31,7%, dəmir yolu nəqliyyatında 28,6%, dəniz nəqliyyatında 28,5% bahalaşıb.

Avtomobil nəqliyyatında beynəlxalq əlaqələr üzrə yükdaşıma qiymətləri isə 1,4% ucuzlaşıb, yerli əlaqə üzrə isə yükdaşıma qiymətlərində dəyişiklik baş verməyib.

Ümumilikdə, nəqliyyat sektorunda yükdaşıma qiymətləri 2015-ci ilin dekabr ayı ilə müqayisədə 18,9% bahalaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi