Azərbaycanda yükdaşıma qiymətləri milli valyutada 40 faiz bahalaşıb

Azərbaycanda yükdaşıma qiymətləri milli valyutada 40 faiz bahalaşıb Ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb
İnfrastruktur
14 May , 2016 10:56
Azərbaycanda yükdaşıma qiymətləri milli valyutada 40 faiz bahalaşıb

Bakı. 14 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında 2015-ci ilin eyni dövrü ilə müqayisədə nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 39,8% bahalaşıb. 

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, cari ilin aprel ayında isə mart ayına nisbətən yükdaşıma qiymətləri 4,6%, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 5,9 və 5,5%, ölkələrarası yükdaşıma qiymətləri hava və dəmir yolu nəqliyyatında 5,5%, dəniz nəqliyyatında 5,6%, avtomobil nəqliyyatında 1,8% ucuzlaşıb. 

Ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.

Son xəbərlər

Orphus sistemi