Azərbaycanda yük və sərnişin daşınması artıb

Azərbaycanda yük və sərnişin daşınması artıb Bu, ilin yanvar- iyun aylarında qeydə alınıb
İnfrastruktur
17 İyul , 2017 19:01
Azərbaycanda yük və sərnişin daşınması artıb
Report.az

Bakı. 17 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 109,1 mln. ton yük və 938,7 mln. sərnişin daşınıb.

Bu, Dövlət Statistika Komitəsindən "Report"a daxil olan məlumatda bildirilib.

"Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 2,0%, sərnişin daşınması isə 2,4% artıb. Yüklərin 62,9%-i avtomobil, 26,8%-i boru kəməri, 6,6%-i dəmir yolu, 3,6%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınıb.

Sərnişinlərin 87,4%-i avtomobil, 12,3%-i metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb. 

Bundan başqa, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 0,1% azalıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 80,6% təşkil edib", - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi