Azərbaycanda yük daşınmasında azalma müşahidə olunub

Azərbaycanda yük daşınmasında azalma müşahidə olunub Geriləmə dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olub
İnfrastruktur
14 İyul , 2016 12:37
Azərbaycanda yük daşınmasında azalma müşahidə olunub

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-iyun aylarında 106,9 mln. ton yük və 916,9 mln. sərnişin daşınıb. 

Dövlət Statistika Komitəsindən "Report"a daxil olan məlumata görə, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 2,3% azalıb. Sərnişin daşınması isə 1,9% artıb.  Yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olub. 

Yüklərin 62,8%-i avtomobil, 28,1%-i boru kəməri, 6,6%-i dəmir yolu, 2,4%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınıb.
Sərnişinlərin 87,9%-i avtomobil, 11,9%-i metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.

Son xəbərlər

Orphus sistemi