Azərbaycanda yük daşınması yenidən azalıb

Azərbaycanda yük daşınması yenidən azalıb Bu geriləmə dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalma ilə bağlıdır
İnfrastruktur
24 Yanvar , 2017 12:47
Azərbaycanda yük daşınması yenidən azalıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı il ərzində 222,2 mln. ton yük və 1 929,6 mln. sərnişin daşınıb. 

Bu barədə Dövlət Statistika Komitəsindən "Report"a daxil olan məlumatda bildirilir: "Əvvəlki illə müqayisədə yük daşınması 0,1% azalıb, sərnişin daşınması isə 2,0% artıb. Yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olub".

Yüklərin 63,6%-i avtomobil, 26,8%-i boru kəməri, 6,9%-i dəmir yolu, 2,6%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınıb.

"Sərnişinlərin 88,5%-i avtomobil, 11,3%-i metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb", - deyə Komitənin məlumatında qeyd edilib.

Son xəbərlər

Orphus sistemi