Yuxarı

Azərbaycanda yük daşınması azalır

Geriləmə dəmir yolu, dəniz və boru kəməri nəqliyyatındakı azalmalarla bağlıdır

Bakı. 16 iyun.REPORT.AZ/ Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər bu ilin yanvar-may aylarında 85,6 mln. ton yük və 749,2 mln. sərnişin daşıyıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 3,0% azalıb, sərnişin daşınması isə 1,8% artıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı ilə daşınmalardakı azalmalarla bağlı olub. 

Yüklərin 61,8%-i avtomobil, 28,9%-i boru kəməri, 6,7%-i dəmir yolu, 2,5%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınıb. 

Sərnişinlərin 87,6%-i avtomobil, 12,2%-i metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi