Azərbaycanda “Yol nəqliyyatı” - standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

Azərbaycanda “Yol nəqliyyatı” - standartlaşdırma üzrə Texniki Komitə yaradılıb TK 19-a sədrliyi “Sumqayıt Texnologiyalar Parkı” MMC həyata keçirəcək
İnfrastruktur
27 Sentyabr , 2016 15:48
Azərbaycanda “Yol nəqliyyatı” - standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun bazasında “Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitə (TK 19) yaradılıb. 

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, TK 19-un fəaliyyəti beynəlxalq standartlaşdırma orqanı olan İSO/TK 22 “Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitənin fəaliyyəti ilə uyğunlaşdırılıb.

Texniki Komitənin yaradılmasında əsas məqsəd nəqliyyat sahəsində təhlükəsizlik, yol infrastrukturu, nəqliyyatın intelektual idarə edilməsi, nəqliyyat vasitələri, avtomobillər, fəaliyyət istiqamətləri üzrə milli standartların hazırlanması, dövlətlərarası, beynəlxalq standartların layihələrinin işlənib hazırlanmasının, ekspertizasının təşkili və s. regional təşkilatların layihələri üzrə səsvermədə Azərbaycanın mövqeyinə dair təkliflərin hazırlanmasıdır.

TK 19-a sədrliyi “Sumqayıt Texnologiyalar Parkı” MMC həyata keçirəcək. Texniki Komitənin strukturuna Nəqliyyat, İqtisadiyyat, Səhiyyə nazirlikləri, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, “Azəravtoyol” ASC, “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC, Azərbaycan Texniki Universiteti, “NAZ LİFAN” - Naxçıvan Avtomobil Zavodu, Gəncə Avtomobil Zavodu və s. təşkilatlar daxil edilib.

Texniki Komitə - müvafiq fəaliyyət sahələri üzrə standartlaşdırma üzrə normativ sənədlərin hazırlanması, milli, regional və beynəlxalq standartlaşdırma tədbirlərinin təşkili və həyata keçirilməsi məqsədilə könüllü əsaslarla yaradılmış maraqlı müəssisələrin, təşkilatların, icra hakimiyyəti orqanlarının nümayəndələrinin birliyidir.

Texniki Komitənin tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlar və istehsalçılar, ictimai birliklər, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.

Son xəbərlər

Orphus sistemi