​Azərbaycanda yeni magistral yolunun inşasına başlanılır

​Azərbaycanda yeni magistral yolunun inşasına başlanılır Ümumi uzunluğu 73 km olan Bəhramtəpə-Biləsuvar yolunun tikintisinə 2016-cı ilin mayında başlanılacaq
İnfrastruktur
2 Noyabr , 2015 17:35
​Azərbaycanda yeni magistral yolunun inşasına başlanılır

Bakı. 2 noyabr. REPORT.AZ/ "Azəryolservis" ASC Bəhramtəpə-Biləsuvar avtomobil magistral yolunun inşası ilə bağlı tender elan edib. Qeyd edək ki, layihənin maliyyələşdirilməsini Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) həyata keçirir.

EBRD-dən "Report"a verilən məlumata görə, tenderdə iştirak etmək istəyən təşkilatlar lazımi sənədləri noyabrın 30-u saat 16:00-a qədər "Azəryolservis"ə təqdim etməlidir.

Qeyd edək ki, ümumi uzunluğu 73 km olan Bəhramtəpə-Biləsuvar yolunun tikintisinə 2016-cı ilin mayında başlanılacaq.

Son xəbərlər

Orphus sistemi