Azərbaycanda yeni magistral yol istismarı idarələri yaradılıb

Azərbaycanda yeni magistral yol istismarı idarələri yaradılıb Yeni müəssisələr magistral avtomobil yollarına nəzarət edəcək
İnfrastruktur
22 İyun , 2016 11:40
Azərbaycanda yeni magistral yol istismarı idarələri yaradılıb

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycanda avtomobil yolları təsərrüfatı sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə yeni magistral yol istismarı idarələri yaradılıb. Yeni qurumların yaradılması təşkilati fəaliyyətin təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına xidmət edəcək. Bunu "Report"a "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, ümumilikdə 7 magistral yol idarəsi yaradılıb.

"Bu idarələrin yaradılması Dünya Bankının "Azəravtoyol"un qarşısında qoyduğu tələblərdən biri idi. Magistral yol istismarı idarələri ancaq magistral yollara xidmət göstərəcək. Magistral yol istismarı idarələri Bakı-Quba-Rusiya dövlət sərhədi, Bakı-Şamaxı-Yevlax, Yevlax-Zaqatala-Gürcüstan sərhədi, Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi, Yevlax- Qazax-Gürcüstan sərhədi və digər magistral avtomobil yollarına nəzarət edəcək", - deyə A. Nəcəfli bildirib.

Son xəbərlər

Orphus sistemi