Azərbaycanda yeni körpülərin tikintisinə başlanılır

Azərbaycanda yeni körpülərin tikintisinə başlanılır "Azəryolservis" Ağstafa-Poylu-Gürcüstan sərhədi və Poylu-Düzqışlaq-Qazax avtomobil yollarında 4 körpü tikəcək
İnfrastruktur
19 Noyabr , 2015 17:58
Azərbaycanda yeni körpülərin tikintisinə başlanılır

Bakı. 19 noyabr. REPORT.AZ/ Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC Ağstafa rayonu ərazisində 4 avtomobil körpüsünün tikintisinə start verib.

Cəmiyyətdən "Report"a daxil olan xəbərə görə, körpülərin Ağstafa-Poylu-Gürcüstan sərhədi və Poylu-Düzqışlaq-Qazax avtomobil yollarının üzərində inşası planlaşdırılır. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmiryolu üzərində inşa ediləcək.

Kür çayı üzərində inşa ediləcək körpünün uzunluğu 194 metr, Ağstafaçay üzərində inşası planlaşdırılan körpünün uzunluğu 84 metr, Acıdərəçay üzərindəki körpünün uzunluğu 66 metr, dəmiryolu üzərindəki tikiləcək körpünün isə uzunluğu 34 metr olacaq.

Layihə Asiya İnkişaf Bankının ayırdığı kredit (20 mln. dollar) hesabına maliyyələşdirilir. Təqribən bir ay müddətində mobilizasiya işləri başa çatdırılaraq, tikintiyə start verilməsi planlaşdırılır. Layihənin tikinti müddəti ilkin olaraq 2 il nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi