Yuxarı

Azərbaycanda Yeni il bayramı günlərində sərnişin qatarlarına əlavə vaqonlar qoşula bilər

Tələbatdan asılı olaraq əlavə 320 vaqonun istifadəsi mümkündür

Bakı. 9 dekabr. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC 31 dekabr - 1 yanvar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar sərnişinlərin böyük axınını nəzərə alaraq bütün daxili reyslərin qatarlarına əlavə vaqonlar qoşa bilər. Bu barədə "Report"a şirkətin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, sərnişinlərin sayından asılı olaraq, bütün qatarlara ümumilikdə 320-yə qədər əlavə vaqon qoşula bilər.

"Biletlər qatar yola düşməyə 10 gün qalmış alınmalıdır. Əlavə vaqonlara biletlərin satışı isə onların qatara qoşulduğu gün həyata keçiriləcək", - N.Əzməmmədov bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi