​Azərbaycanda yaşayış tikintisi 1% bahalaşıb

​Azərbaycanda yaşayış tikintisi 1% bahalaşıb Bu ilin I rübündə sənaye obyektlərinin tikintisi üzrə qiymətlərdə 0,8% artım müşahidə olunub
İnfrastruktur
13 May , 2015 13:48
​Azərbaycanda yaşayış tikintisi 1% bahalaşıb

Bakı. 13 may. REPORT.AZ/ Azərbaycanda bu ilin I rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,8% bahalaşıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib. Rüb ərzində yerüstü tikililər bölməsində 0,9%, yol və körpü tikintisində isə 0,1% bahalaşma müşahidə edilib.

Cari ilin I rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər əvvəlki rüblə müqayisədə 0,9%, sosial təyinatlı binaların və istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,8% artıb.

Sosial təyinatlı binalardan inzibati binaların tikintisi üzrə qiymətlər 0,6%, ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər isə 0,9% bahalaşıb.

İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlərdə 0,8% artım müşahidə olunub.

Son xəbərlər

Orphus sistemi