Azərbaycanda "Toyota Corolla"nın yeni modifikasiya edilmiş modelinin kütləvi satışına başlanılıb

Azərbaycanda "Toyota Corolla"nın yeni modifikasiya edilmiş modelinin kütləvi satışına başlanılıb Bu gün Bakıda brendin təqdimatı keçirilib
İnfrastruktur
23 Sentyabr , 2016 16:56
Azərbaycanda Toyota Corollanın yeni modifikasiya edilmiş modelinin kütləvi satışına başlanılıb

Bakı. 23 sentyabr.REPORT.AZ/ Bu gün Yaponiyanın "Toyota" şirkətinin Azərbaycanda rəsmi dileri olan Toyota Abşeron Mərkəzində "Corolla" modelinin 5 modifikasiyası təqdim olunub. 

"Report" xəbər verir ki, bu gündən etibarən "Corolla"nın kütləvi satışına da başlanılıb.

Toyota Abşeron Mərkəzinin satış məhsulunun planlaşdırılması üzrə mütəxəssisi Rəcəb Feyzullayev bildirib ki, yeni model "Corolla"nın Azərbaycan bazarında böyük maraqla qarşılanacağını gözlənilir: "Yeni modifikasiya edilmiş model əsasən iri şirkətlərin gündəlik istifadəsi üçün nəzərdə tutulub".

Manatın məzənnəsinin zəifləməsinin avtomobil bazarına da təsir etdiyini deyən R. Feyzullayev satışlarının təxminən 75-80% azaldığını qeyd edib: "Lakin gələn ilə proqnozlarımız bu illə müqayisədə daha nikbindir. Avtomobil bazarında təqribən 10%-a kimi canlanma ola biləcəyini ehtimal edirik. Bu il üçün yeni avtomobillərə dair ümumi bazar proqnozları 4000-4500 ədəd təşkil edib. Bu rəqəm növbəti il üçün təxminən 5000-5500 ola bilər. Amma hesab edir ki, hələlik kəskin dönüş olmayacaq".

Qeyd edək ki, 5 komplektasiyada təklif olunan 1,3 L (Active; 6S) mühərrikli "Corolla" 26 800 AZN, 1,6 L (Live+; 7R) 30 700 AZN, 1,6 L (Elegance; 8S) 32 700 AZN, 1,6 L(Elegance+; 1Z) 34 200 AZN və 1,8 L(Lounge; 02) mühərrikli avtomobilin dəyəri isə 40 400 AZN təşkil edir. Avtomobilin minimal ilkin ödənişi avtomobilin dəyərindən asılı olaraq 40-50% təşkil edir, ödəniş müddəti isə 36 ay təşkil edir.

"Toyota"nın Azərbaycana gətirilən bu modeli şirkətin Türkiyədə fəaliyyət göstərən zavodunda yığılır.

Qeyd edək ki, "Toyota" şirkətinin yeni rəsmi dileri olan Toyota Abşeron Mərkəzi bu ilin iyununda fəaliyyətə başlayıb. Mərkəz 1000 kv. m olan sərgi salonu və servis hissəsinə malikdir. Qafqazda yalnız Toyota Abşeron Mərkəzinin salonu Toyota-nın GOLD konsepsiyası əsasında hazırlanıb. 

Son xəbərlər

Orphus sistemi