​Azərbaycanda torpaqların istifadəsinə nəzarət mərkəzləşdirilir

​Azərbaycanda torpaqların istifadəsinə nəzarət mərkəzləşdirilir Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bütün növ torpaqların təyinatı üzrə istifadəsinə görə nəzarəti həyata keçirəcək
İnfrastruktur
15 İyul , 2015 12:18
​Azərbaycanda torpaqların istifadəsinə nəzarət mərkəzləşdirilir

Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycanda mülkiyyət növü və mənsubiyyətindən asılı olmayaraq bütün torpaqların təyinatı üzrə istifadəsinə görə nəzarəti Əmlak Məsələləri üzrə Dövlət Komitəsi həyata keçirəcək.

"Report" xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu səlahiyyət Komitənin yeni əsasnaməsində qeyd olunub.Komitə öz yerli qurumları, torpaq müfəttişləri vasitəsilə bu torpaqlardan təyinatı üzrə istifadə olunmasına nəzarət işini həyata keçirəcək. 

Son xəbərlər

Orphus sistemi