Azərbaycanda torpaqların dəqiq sərhədləri və koordinatları müəyyənləşdirilir

Azərbaycanda torpaqların dəqiq sərhədləri və koordinatları müəyyənləşdirilir ​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Beyləqanda vətəndaşlarla görüşüb
İnfrastruktur
18 Sentyabr , 2015 14:45
Azərbaycanda torpaqların dəqiq sərhədləri və koordinatları müəyyənləşdirilir

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Beyləqandə vətəndaşları qəbul edib.

Komitədən “Report”a bildirilib ki, qəbulda Beyləqan, Füzuli, Ağcabədi və İmişli rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Vətəndaşlar əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı ilə bağlı müraciət ediblər. Bir çox vətəndaşın müraciəti onlara ayrılmış torpaq sahələri, fərdi həyət evləri və mənzillər, kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinə dövlət qeydiyyatı sənədlərinin alınması ilə bağlı olub.

Bununla yanaşı, pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciətlər də səsləndirilib. Belə torpaq sahələrinə əvvəllər alınmış texniki sənədlərin yeni hüquqi qaydalara əsasən icrası, habelə hazırda mülkiyyətdə olan torpaq sahəsinə yeni prosedurlara əsasən mülkiyyət sənədinin əldə olunması məsələləri barədə müraciətlər çatdırılıb.

Komitə sədri diqqətə çatdırıb ki, artıq Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması istiqamətində iş aparılır. Hazırda təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların və daşınmaz əmlakların elektron kadastr uçotuna alınması həyata keçirilir. Bu işlərin görülməsi ilə ölkədə torpaqların dəqiq sərhədləri və koordinatları müəyyənləşəcək. Bu isə dövlətin müxtəlif kateqoriyalı torpaq sahələrinin səmərəli idarə edilməsi, təyinatına uyğun istifadəsinə effektiv nəzarəti həyata keçirməsinə imkan yaradacaq. Eyni zamanda, vətəndaşların müxtəlif təyinatlı torpaqlar üzərində mülkiyyət hüquqlarının qeydiyyatının daha operativ və dəqiq aparılmasını təmin edəcək. 

Son xəbərlər

Orphus sistemi