Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmisi: “Tikinti sahəsində aparılan islahatlar davam edəcək”

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmisi: “Tikinti sahəsində aparılan islahatlar davam edəcək” “Azərbaycanda tikinti sahəsində aparılan islahatlar bu istiqamətdə görülən işlərə ciddi təkan verib”.
İnfrastruktur
19 Sentyabr , 2019 12:39
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmisi: “Tikinti sahəsində aparılan islahatlar davam edəcək”

“Azərbaycanda tikinti sahəsində aparılan islahatlar bu istiqamətdə görülən işlərə ciddi təkan verib”.

“Report” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri Rüfət Mahmud deyib.

“Komitənin qarşısında qoyulan əsas vəzifə tikinti işlərinin sistemli və qanun çərçivəsində həyata keçirilməsidir. Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında, tikinti sahəsi üzrə xüsusi icazə alınması indiqatoru üzrə 100 pillə irəliləyib. Təbii ki, bununla kifayətlənmək olmaz, odur ki, islahatlar davam edəcək”, - o deyib.

Komitə rəsmisi xatırladıb ki, ötən ilin sonlarında dövlət başçısı bəzi tikinti obyektlərinin tikintisinin və istismara verilməsinin sadələşdirilməsi ilə bağlı fərman imzalayıb: “Bu fərmana əsasən, Komitə “ASAN Xidmət”lə birlikdə “bir pəncərə” prinsipi ilə fəaliyyət göstərən elktron müraciət sistemini bu ilin əvvəlində istifadəyə verib və vətəndaşların ödədiyi rüsumlar əhəmiyyətli dərəcədə azaldılıb”. 

Son xəbərlər

Orphus sistemi