Yuxarı

Azərbaycanda tikinti materiallarının istehsalı 48,5% azalıb

İstehsal edilən məhsulun ümumi dəyəri 29,9 mln. manat təşkil edib

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-fevral aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilən məhsulun ümumi dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,5% azalaraq 29,9 mln. manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, sementin istehsalı 44,6% azalaraq 212,4 ton, beton qarışığının istehsalı 61,6% 3,1 min kub m, tikinti əhənginin istehsalı 14,7% 1 976 ton, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 77,5% 5 503,8 ton azalıb.

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar ayında 50 mln. manatlıq məhsul istehsal olunub, metallurgiya sənayesində 50,8%, hazır metal məmulatlarının istehsalı sahəsində isə 93,7%-lik artım müşahidə edilib.

İki ay ərzində sahə üzrə 26,4 min ton (11,3% çox) armatur, 5,2 min ton (19,6% çox) polad borular, 55 min ton (3,1 dəfə çox) polad tökmə, 397,4 ton (7,6 dəfə çox) çuqun tökmə istehsal edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi