​Azərbaycanda tikinti materialları və konstruksiyaları ilə bağlı texniki komitə yaradılıb

​Azərbaycanda tikinti materialları və konstruksiyaları ilə bağlı texniki komitə yaradılıb Komitənin yaradılmasında əsas məqsəd tikinti materialları sahəsində milli, dövlətlərarası və beynəlxalq standartların hazırlanmasıdır
İnfrastruktur
5 Avqust , 2015 16:19
​Azərbaycanda tikinti materialları və konstruksiyaları ilə bağlı texniki komitə yaradılıb

Bakı. 5 avqust. REPOT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq əmri ilə “Tikinti materialları, məmulatları və konstruksiyaları” standartlaşdırma üzrə Texniki Komitə yaradılıb.

“Report” Komitənin məlumatına əsasən bildirir ki, “Tikinti materialları, məmulatları və konstruksiyaları” standartlaşdırma üzrə Texniki Komitənin yaradılmasında əsas məqsəd Milli Standartlaşdırma Proqramına uyğun olaraq tikinti materialları sahəsində milli, dövlətlərarası və beynəlxalq standartların layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkili, milli standartlaşdırma sisteminin sənədlər fondunun tərkibində olan sahə standartlarının yeniləşdirilməsi, standartlaşdırma üzrə beynəlxalq təşkilatların TK-larının işində iştirak, o cümlədən milli standartlarının beynəlxalq standartlar kimi qəbul edilməsi məqsədilə, Azərbaycan standartlaşdırma üzrə milli orqanı ilə standartlaşdırma üzrə beynəlxalq təşkilatlar arasında olan razılaşmalara əsasən onların katibliyinin aparılması, texniki reqlament və standartların dövlət məlumat fonduna verilməsi üçün beynəlxalq standartların rəsmi tərcümələrinin hazırlanması və beynəlxalq, dövlətlərarası standartların işlənib hazırlanmasına və standartlaşdırma üzrə beynəlxalq, regional təşkilatların layihələri üzrə səsvermədə Azərbaycanın mövqeyinə dair təkliflərin hazırlanmasıdır.

Texniki Komitəyə ümumilikdə 17 dövlət və qeyri-dövlət müəssisələri üzv seçilib. Bunlardan İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətini, Fövqəladə Hallar Nazirliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-konstruktor İnşaat Materialları İnstitutunu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunu göstərmək olar.

Məlumatda qeyd olunub ki, Texniki Komitə milli standartlaşdırma orqanının əmrinə uyğun olaraq müvafiq fəaliyyət sahələri üzrə standartlaşdırma üzrə normativ sənədlərin hazırlanması, milli, regional və beynəlxalq standartlaşdırma tədbirlərinin təşkili və həyata keçirilməsi məqsədilə könüllü əsaslarla yaradılan maraqlı müəssisələrin, təşkilatların, icra hakimiyyəti orqanlarının nümayəndələrinin birliyidir.

Standartlaşdırma üzrə TK-nın tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarların və istehsalçılar ictimai birlikləri, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilər.

Son xəbərlər

Orphus sistemi