Azərbaycanda "Texniki tənzimləmə haqqında" qanun layihəsi hazırlanıb

Azərbaycanda "Texniki tənzimləmə haqqında" qanun layihəsi hazırlanıb Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycanda Texniki tənzimləmə haqqında qanun layihəsi artıq hazırdır və ilin sonuna qədər təsdiqlənəcəyi gözlənilir.
İnfrastruktur
6 Dekabr , 2017 11:19
Azərbaycanda Texniki tənzimləmə haqqında qanun layihəsi hazırlanıb
Report/ Elshan Baba

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycanda "Texniki tənzimləmə haqqında" qanun layihəsi artıq hazırdır və ilin sonuna qədər təsdiqlənəcəyi gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov məlumat verib.

“Bu qanuna əsasən, dövlət öz üzərinə texniki reqlament hazırlamağı götürürür. Texniki reqlament müəyyən göstəriciləri dövlət, istehsalçı və idxalçı qarşısında qoyur. Qanunun qəbulundan sonra, ona nəzarət etmək mexanizmi də işlənilməlidir. Bu da əsasən qeyri- ərzaq sahəsidir. Elektrotexnika, uşaq oyuncaqları və s. hamısı texniki reqlamentlərin təsirinə düşən sahələrdir", - komitə sədri əlavə edib.

Son xəbərlər

Orphus sistemi