Azərbaycanda suvarma sisteminin inkişafına dair xüsusi proqramın hazırlanması təklif olunur

Azərbaycanda suvarma sisteminin inkişafına dair xüsusi proqramın hazırlanması təklif olunur Bununla yanaşı, ipoteka kreditləşməsinin və aqrar sektorun maliyyələşdirilməsinin genişləndirilməsi tələb olunur
İnfrastruktur
23 Fevral , 2016 13:41
Azərbaycanda suvarma sisteminin inkişafına dair xüsusi proqramın hazırlanması təklif olunur

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycanda suvarma sisteminin inkişafına dair xüsusi proqram işlənib hazırlanmalıdır. "Report"un verdiyi xəbərə görə, bu barədə deputat Vahid Əhmədov 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklərin parlamentin bugünkü plenar iclasında müzakirəsi zamanı bildirib. 

Millət vəkili qeyd edib ki, hələ də ölkənin regionlarında suvarma sistemində ciddi problemlər mövcuddur.

Deputat bildirib ki, 2016-cı ildə inkişaf üçün əsasən tez gəlir gətirən və işlə təminat üçün önəmli sahələrə, kənd təsərrüfatı sahəsi və kiçik və orta sahibkarlığın inkişafına diqqət artırılmalıdır: "Bu sahələr inkişaf etdirilməlidir ki, növbəti devalvasiyadan qaçaq". 

V.Əhmədov büdcədə kənd təsərrüfatı üçün ayrılan vəsaitin azlığına da diqqət çəkib. Həmçinin, deputat ipoteka üçün büdcədə 50 mln. manat vəsaitin nəzərdə tutulduğunu qeyd edib, dövlət başçısının ipoteka üçün 200 mln. manatın ayrılmasının vacibliyini qeyd etdiyini xatırladıb və hökuməti bu barədə düşünməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi