Yuxarı
    Bağlamaq

    Azərbaycanda sürücülərin cərimələrdən dərhal xəbərdar olması üçün yeni SMS Radar xidməti istifadəyə verilib

    SMS vasitəsilə cərimələr, onların faizləri haqqında vaxtında dəqiq məlumat almaq mümkündür

    Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanda sürücülər avtomobillərinin bütün cərimələrdən anında xəbərdar olması, həmçinin pulsuz hüquqi məsləhət alması üçün yeni SMS Radar xidməti istifadəyə verilib.

    “Report” xəbər verir ki, xidmət sutkanın 24 saatı avtomobilin cərimələrindən anında xəbərdar olmağa şərait yaradır.

    Xidmətə qoşulma və istifadəsi:

    Addım 1

    SMSRadar xidmətinə qoşulmaq istəyən Azercell, Bakcell və Nar Mobile abonentləri cərimə məlumatlarını əldə etmək istədiyi nəqliyyat vasitəsinin nömrəsini (misal: 00XX000) SMS-lə 5666-a göndərir.

    Addım-2

    SMSRadar xidmətinə məxsus qısa nömrədən gələn avtomatik cavab mesajının tələbi olaraq həmin avtomobilin texniki pasport nömrəsini (misal: AA000000) SMS-lə 5666-a göndərməlidir.

    Eyni zamanda AppStore və Play market-də SMSRadar.az yazaraq mobil əlavəni yükləmək mümkündür. Smsradar vasitəsi ilə avtomobiliniz radara düşəndə və ya digər qayda pozuntusuna yol verəndə, həmçinin qərarsız protokollar qərarlı olanda sms, protokol ödəniləndə isə elektron qəbz göndərilir.

    Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov bildirir ki, ola bilsin, sürücünün evinə poçt vasitəsi ilə məktublar vaxtında gəlmir, yaxud da hardasa hərəkətdə iştirak etmədiyinə görə, DYP əməkdaşları sürücünü saxlayıb məlumat vermirlər. Amma SmsRadar xidmətinə qoşulmaqla öz mobil telefonunda SMS vasitəsilə cərimələr, onların faizləri haqqında vaxtında dəqiq məlumat almaq mümkündür. 

    Ətraflı: http://SMSRadar.az

    Telefon: *1771

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi