Azərbaycanda simkomatlar quraşdırıla bilər

Azərbaycanda simkomatlar quraşdırıla bilər Rusiya şirkəti Azərbaycanda sim kartların satışı üzrə vendinq avtomatlarının gətirilməsinə dair danışıqlar aparır
İnfrastruktur
24 Dekabr , 2014 12:23
Azərbaycanda simkomatlar quraşdırıla bilər

Bakı. 24 dekabr. REPORT.AZ/ Rusiyanın "Terminal solutions" şirkəti Azərbaycanda sim-kartların satışı üzrə vendinq avtomatlarının gətirilməsinə dair danışıqlar aparır. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi Artyom Subbotin bildirib. 

"GSMA Wireless Intelligence" şirkətinin proqnozlarına əsasən, 2014-2017-ci illərdə dünyada sim kartların satışı təxminən 400 mln. təşkil edəcək. Onun sözlərinə görə, mobil operatorların strategiyası dilerlər şəklində vasitəçilərdən imtina etmək və şəxsi satış məntəqələrini təşkil etmək istiqamətində dəyişir. Bu baxımdan sim kartların satışı üzrə avtomatlar istənilən yerdə quraşdırıla bildiklərinə görə çox rahatdır. 

Şirkət nümayəndəsi qeyd edib ki, hazırda şirkət bir sıra xarici ölkə, o cümlədən Azərbaycan, Gürcüstan və Hindistanla danışıqlar aparır. "Hər bir ölkənin öz xüsusiyyətləri və tələbləri var. Azərbaycan texnologiyalar baxımından çox inkişaf etmiş ölkədir və şirkət yerli bazara öz texnologiyalarını gətirdikdə, o öz çəkisini qoruyub saxlamalıdır. Məsələn, Gürcüstanda bizim bütün simkomatlarımızı açıq havada quraşdırmaq istəyirlər, buna görə də onlar mühafizə olunmalı və istənilən hava şəraitinə davamlı olmalıdır".

Son xəbərlər

Orphus sistemi