Azərbaycanda sərnişindaşıma xidmətləri ucuzlaşıb

Azərbaycanda sərnişindaşıma xidmətləri ucuzlaşıb May ayında MDB ölkələrinə aviareyslər bahalaşıb, uzaq xaricə isə ucuzlaşıb
İnfrastruktur
9 İyun , 2015 14:46
Azərbaycanda sərnişindaşıma xidmətləri ucuzlaşıb

Bakı. 9 iyun. REPORT.AZ/ Bu ilin may ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1% bahalaşıb, sərnişindaşıma tarifləri isə 0,2% ucuzlaşıb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,4% artıb, digər xarici ölkələr üzrə 8,7% azalıb, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma 2,7% ucuzlaşıb, yükdaşıma tarifləri isə sabit qalıb. Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri 0,3% enib, sərnişindaşıma tarifləri isə dəyişməyib.

May ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,3% artıb. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Son xəbərlər

Orphus sistemi