Azərbaycanda sərnişin və yük daşınmaları artıb

Azərbaycanda sərnişin və yük daşınmaları artıb Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 167,5 mln. ton yük və 1 437,5 mln. sərnişin daşınıb
İnfrastruktur
13 Oktyabr , 2017 17:46
Azərbaycanda sərnişin və yük daşınmaları artıb
Report

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər 167,5 mln. ton yük və 1 437,5 mln. sərnişin daşıyıb.

“Report” Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,8%, sərnişin daşınması isə 2,2% artıb.

Yüklərin 63,9%-i avtomobil, 26,1%-i boru kəməri, 6,3%-i dəmir yolu, 3,6%-i dəniz, 0,1%-i hava nəqliyyatı ilə daşınıb. Sərnişinlərin isə 88,1%-i avtomobil, 11,6%-i metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.

Hesabat dövründə informasiya və rabitə müəssisələrinin göstərdiyi 1 266,1 mln. manatlıq xidmətlərin 72,6%-i əhali sektoruna aid olub. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 6,2% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Son xəbərlər

Orphus sistemi