Azərbaycanda sərnişin qatarlarina biletlərin onlayn satışına başlanılıb

Azərbaycanda sərnişin qatarlarina biletlərin onlayn satışına başlanılıb Onlayn rejimdə bilet sifarişi qatarın hərəkətinə 3 saat qalanadək aparılacaq
İnfrastruktur
29 Yanvar , 2016 12:05
Azərbaycanda sərnişin qatarlarina biletlərin onlayn satışına başlanılıb

Bakı. 29 yanvar. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən ölkə daxilində və ölkədən kənara hərəkət edən sərnişin qatarlarına gediş biletlərinin internet vasitəsilə yeni onlayn satış sistemi istifadəyə verilib.

ADY-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu sistemlə sərnişin kassaya yaxınlaşmadan, www.ady.az saytının "Online bilet" bölməsinə daxil olmaqla, onlayn rejimində istənilən qatara bilet sifariş edib, plastik kart vasitəsilə dəyərini ödəyə bilər.

Bu sistemlə bilet sifarişləri qatarın hərəkətə başlamasına 3 saat qalanadək aparılacaq. Vətəndaş qatarın yola düşməsinə 1 saat qalanadək sifarişini və ya şəxsiyyətini təsdiq edən sənədi bilet kassasına təqdim etməklə gediş üçün bilet alacaq.

Qatarlara bilet satışı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.

Son xəbərlər

Orphus sistemi