Bakı. 15 oktyabr. REPORT.AZ/ Nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-sentyabr aylarında 166,1 mln. ton yük və 1380 mln. sərnişin daşınıb. "Report"
Hesabat dövründə nəqliyyat sektorunda 119,6 mln. ton qeyri-neft yükləri daşınıb. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,8% çoxdur.