Azərbaycanda sərnişin daşımaları artıb

Azərbaycanda sərnişin daşımaları artıb Əvəzində yük daşımaları azalıb
İnfrastruktur
14 Dekabr , 2016 15:37
Azərbaycanda sərnişin daşımaları artıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər 202,6 mln. ton yük və 1 746,5 mln. sərnişin daşıyıb. 

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, 2015-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınması 0,5% azalıb, sərnişin daşınması isə 2% artıb.

Yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olub. Yüklərin 63,9%-i avtomobil, 26,6%-i boru kəməri, 6,9%-i dəmir yolu, 2,5%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınıb.

Sərnişinlərin 88,5%-i avtomobil, 11,3%-i metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.

Son xəbərlər

Orphus sistemi