Yuxarı

​Azərbaycanda sel suları avtomobil yollarında torpaq sürüşmələrini aktivləşdirib

Təbii fəlakət 20-yə yaxın rayonda avtomobil yollarına ziyan vurub

Bakı. 18 iyul. REPORT.AZ/ Son aylar ərzində yağan intensiv yağışlar və sel suları nəticəsində 20-yə yaxın rayonda yol təsərrüfatına xeyli ziyan dəyib. Xüsusilə Daşkəsən, Gədəbəy, Qazax, Tovuz, Quba, Qusar, Şamaxı, Ağsu, İsmayıllı, Yardımlı, Lerik, Şəki və digər rayonlarda “Azəravtoyol” ASC-nin xidmət etdiyi avtomobil yollarına daha çox ziyan dəyib.

Qurumdan "Report"a verilən məlumatda bildirilir ki, intensiv yağıntılar, eyni zamanda, Bakı - Şamaxı - Yevlax avtomobil yolunun Qobustan, Şamaxı rayonları ərazisindən keçən hissələrində, Ağsu dolaylarında, Muğanlı - İsmayıllı, Lənkəran - Lerik, Masallı – Yardımlı, Basqal-Sulut və digər avtomobil yollarında torpaq sürüşmələrini daha da aktivləşdirib. Nəticədə avtonəqliyyat vasitələrinin hərəkətində qısa müddətli problemlər yaranıb. Dərhal qeyd edilən ərazilərə mütəxəssislər cəlb olunub, təbii fəlakətin miqyası müəyyənləşdirilib. 

Nəticədə bir çox ərazilərdə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təbii fəlakətin fəsadları qısa müddət ərzində aradan qaldırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi