Yuxarı

​Azərbaycanda "Şəhər mühitində piyada yolunun dizayn konsepsiyası" hazırlanıb

Memar tələbələrin respublika müsabiqəsi başa çatıb

Bakı. 29 iyul. REPORT.AZ/ Memarlıq universitetləri tələbələri və məzunlarının işlərinin II Respublika Müsabiqəsi başa çatıb. "Report"un məlumatına görə, Münsiflər Heyəti təqdim olunan 43 işə baxaraq qalibləri müəyyən edib.

I yeri – "Şəhər mühitində piyada yolunun dizayn konsepsiyası" layihəsinə görə Sübhan Manafzadə, II yeri – "Administrative building in Padura" layihəsinə görə Aytən Cavadova və III yeri - "Milli parkda Gənclər Mərkəzi" layihəsinə görə Şeyda Novruzzadə tutub.

Bundan əlavə, fərqlənən layihələr fəxri diplomlara layiq görülüb.

Qeyd edək ki, müsabiqə Gənc Memarlar Klubunun təşkilatçılığı və Azərbaycan Memarlar İttifaqının dəstəyi ilə keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi