Azərbaycanda sabit şəbəkəyə tələbat var

Azərbaycanda sabit şəbəkəyə tələbat var Ölkədə hər 100 nəfərə düşən sabit telefonların sayı 18,6 təşkil edir
İnfrastruktur
11 Mart , 2015 19:50
Azərbaycanda sabit şəbəkəyə tələbat var

Bakı. 11 mart. REPORT.AZ/ Mobil rabitə nə qədər inkişaf etsə də, sabit şəbəkənin öz yeri var və bəlli həddə qədər artımı dünyanın hər yerində olur. Azərbaycanda da yaşayış məntəqələrində, yeni salınan məntəqələrdə, Bakıda da buna hələlik tələbat var. "Report" xəbər verir ki, bu barədə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov bildirib.

O deyib ki, Azərbaycanda hələ hər 100 nəfərə düşən sabit telefonların sayı təxminən 18,6 təşkil edir, yəni 19-a hələ çatmamışıq. Dünyada qayda üzrə isə 20-ə qədər artım gedir.

""Aztelekom" İB tərəfindən təqdim edilən yeni xidmət sabit telefon nömrələrini eyni nömrə ilə istənilən bölgələrdə verilməsi xidməti imkan verəcək ki, insanlar bu nömrələri Bakı nömərləri kimi istifadə etsinlər. Bu daha çox iş adamlarına, daha çox müəssisələrə, dövlət təşkilatları və digər bu qəbildən qurumlara yeni ofis yeri dəyişərkən sabit nömrələri saxlamağa kömək edəcək", - İ.Məmmədov qeyd edib.

O vurğulayıb ki, əslində dünyanın bir çox yerlərində belə xidmətlərdən istifadə edilir: "MDB-də bütün ölkə üzrə vahid nömrələmə sisteminə ilk dəfə Azərbaycan keçib. Azərbaycanda hər yerdə sabit şəbəkədə 7 rəqəmli nömrələmə sistemindən istifadə edilir. İstər Lənkəran, İsmayıllının ucqar kəndlərində də, istərsə də Azərbaycan da 7 rəqəmli sistemdən istifadə edilir. Azərbaycanda vahid nömrələmə sistemi tətbiq edilib. Təbii ki, bu da telefon şəbəkəsini ağıllı şəbəkə üzərində qurulması sayəsində mümkün oldu".

Son xəbərlər

Orphus sistemi