Nazir müavini: Xəzər dənizinin ətrafında xüsusi turizm zonalarının yaradılması nəzərdə tutulub

Nazir müavini: Xəzər dənizinin ətrafında xüsusi turizm zonalarının yaradılması nəzərdə tutulub Sevinc Həsənova: Azərbaycanda regionların inkişafı daim diqqət mərkəzində olub
İnfrastruktur
5 İyul , 2016 19:36
Nazir müavini: Xəzər dənizinin ətrafında xüsusi turizm zonalarının yaradılması nəzərdə tutulub

Bakı. 5 iyun. REPORT.AZ/ "Azərbaycanda regionların inkişafı daim diqqət mərkəzində olub". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib.

"Hazırda 3-cü regional inkişaf proqramı həyata keçirilir. Bu proqrama nəzarəti birbaşa dövlət başçısı edir. "İqtisadiyyatın yol xəritəsi"ndə regionların inkişafı əsas istiqamətlərdən biridir. Burada müəyyən edilən əsas 11 istiqamət üzrə əsasən, ölkənin kənd təsərrüfatı sahəsinə, regionların turuzm potensialına, sənayeləşməyə, kiçik -orta sahibkarlığın dəstəklənməsinə böyük önəm verilir. Çünki bu qeyd etdiyim məsələlər rügionlar üçün xüsusi əhəmiyyət kəsb edir". 

Onun sözlərinə görə, Azərbaycanda azad turizm zonalarının yaradılması mövzusy bu gün çox aktualdır və bununla bağlı hazırlanan senədlər müzakirə olunur. 

"Azərbaycanda turizm potensialının inkişaf etdirilməsi üçün son zamanlar çox ciddi addımlar atılıb. Bunun nəticəsidir ki, Azərbaycana turistlərinin marağının artmasını müşahidə edirik. Bir neçə ildir ölkıdə turizm sahəsinə külli miqdarda vəsait ayrılıb. Xüsusi turizm zonalarının əvvəlcə Xəzər dənizinin ətrafında yaradılması nəzərdə tutulub. Yəni burada çimərlik turizminin inkişafı, inrastrukturunun qurulması planlaşdırılır. Bu da sahibkarlara turizm potensialının inkişafına xidmət göstərmək üçün bpyük şərait yaradacaq",- deyə nazir müavini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi