Azərbaycanda qeydiyyatdan keçməyən 44 radioelektron vasitə aşkarlanıb

Azərbaycanda qeydiyyatdan keçməyən 44 radioelektron vasitə aşkarlanıb Onlardan 5 ədədi möhürlənib, digərlərinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür
İnfrastruktur
19 Mart , 2015 21:11
Azərbaycanda qeydiyyatdan keçməyən 44 radioelektron vasitə aşkarlanıb

Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Dövlət Radiotezliklər İdarəsinin İstismara nəzarət şöbəsi (İNŞ) bu ilin iki ayı ərzində iş planına, DRİ-yə daxil olmuş göstəriş və müraciətlərə əsasən, 103 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirib və müvafiq qaydada aktlar tərtib edib.

İNŞ-dən "Report"a daxil olan məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 44 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 5 ədədi möhürlənib, digərlərinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür. Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 5 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib. 

Son xəbərlər

Orphus sistemi