​Azərbaycanda qanunsuz torpaqdan istifadə və tikinti ilə bağlı monitorinqə başlanılıb

​Azərbaycanda qanunsuz torpaqdan istifadə və tikinti ilə bağlı monitorinqə başlanılıb Monitorinq Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq müfəttişləri tərəfindən aparılır
İnfrastruktur
25 Noyabr , 2015 15:26
​Azərbaycanda qanunsuz torpaqdan istifadə və tikinti ilə bağlı monitorinqə başlanılıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Prezidentin imzaladığı müvafiq sərəncamla torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma və dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə dair qanunsuz qərar vermə ilə əlaqədar cəzalar sərtləşdirilib. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) artıq sərəncamın icrası ilə bağlı müvafiq monitorinq-araşdırma tədbirlərinə başlayıb. Bu monitorinqlər Komitənin torpaq sahələrinə nəzarət üzrə torpaq müfəttişləri tərəfindən həyata keçirilir.

"Report" Komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, torpaqların təyinatı ilə bağlı qanunvericiliyin tələblərinin qorunması istiqamətində yaradılan monitorinq qrupları ölkənin müxtəlifbölgələri, eləcə də Bakı və Abşeron üzrə torpaq reydlərinə start verilib.

Belə ki, bu qruplar paralel olaraq bütün ölkə üzrə torpaqların özbaşına zəbt olunması, qanunsuz tikintilərin aparılması, təyinatına zidd istifadə və torpaq sahələri barədə qanunsuz qərarların verilməsi faktlarını araşdırır. Kənd təsərrüfatlı torpaqlarda qanunsuz yaşayış evi və ya digər obyektlərin tikintisi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, dövlət torpaqlarının zəbt olunması kimi hallar müəyyən edilir.

Sərəncam ilə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmaya görə cəzalar müəyyən edilib. Belə qanunsuzluqlara yol verənlər 8-10 min manat cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə, mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparanlara isə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq edilir.

Son xəbərlər

Orphus sistemi