Yuxarı
    Bağlamaq

    Azərbaycanda özəlləşdirmə prosesinin təkmilləşdirilməsinə dair yeni təkliflər hazırlanıb

    Bakıda Özəlləşdirmə sahəsinə investisiyalar: yeni imkanlar və çağırışlar mövzusunda işgüzar forum keçirilir

    Bakı. 15 fevral. REPORt.AZ/ "Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi nəticəsində sahibkarlıq sektorunda 300 mindən artıq iş yeri yaradılıb".

    "Report" xəbər verir ki, bunu bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən Bakıda keçirilən “Özəlləşdirmə sahəsinə investisiyalar: yeni imkanlar və çağırışlar” mövzusunda işgüzar forumunda Komitənin sədri Kərəm Həsənov deyib.

    Komitə sədri bildirib ki, özəlləşdirmə nəticəsində 250 mindən çox şəxs səhm sahibi olub: "Azərbaycanda dövlət əmlakının geniş şəkildə özəlləşdirilməsi prosesinə başlanılıb. Ötən dövr ərzində bu sahədə bir çox nailiyyətlər əldə olunub. Ümumilikdə, 1,2 mln.-dan çox vətəndaşımız bu və ya digər formada özəlləşdirmədən faydalanıb. Keçirilən özəlləşdirmədə ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə, Türkiyə, Almaniya, Rusiya, Çin, Finlandiya və digər dövlətlərin investorları iştirak ediblər".

    "Komitə səlahiyyətləri daxilində iqtisadi fəallığı maksimum canlandırmağı qarşısına ən başlıca məqsəd qoyub. Ötən dövr ərzində Komitə tərəfindən kənd təsərrüfatı, tikinti, sənaye və bir çox sahələrdə fəaliyyət göstərən iri və tanınmış müəssisələrin özəlləşdirilməsi aparılıb. Eyni zamanda, ƏMDK tərəfindən Azərbaycanın tanınmış incilərindən olan "Fairmont Baku", "Hilton Baku" hotellər şəbəkəsinin də özəlləşdirilmə prosesi həyata keçirilib. Özəlləşdirmə prosesinin təkmilləşdirilməsi üçün Komitə yeni təkliflər planı hazırlayıb. Bu qanunvericiliyə düzəlişlərin edilməsi ilə bağlı təkliflər əməkdaşlıq etdiyimiz digər qurumlara da göndərilib. Yerli və xarici sahibkarları keçirilən özəlləşdirmələrdə daha fəal iştirak etməyə dəvət edirəm", - deyə K.Həsənov vurğulayıb.

    Qeyd edək ki, keçirilən forumun əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən sahibkarıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, hazırda özəlləşdirməyə açıq olan sahələr, özəlləşdirmədəki yeni yanaşmalar və ölkədəki investisiya mühiti barədə məlumatlandırmaq, onların bu prosesdə iştirakının genişləndirilməsi ilə bağlı praktiki addımların atılmasına təşviq etməkdən ibarətdir. Tədbirdə ölkənin ən iri və nüfuzlu holdinq, assosiasiya, şirkətlər qrupu və ittifaqlarını təmsil edən 100-dən artıq sahibkarlıq subyekti, məsləhətçilər, iş adamları, daşınmaz əmlak mütəxəssisləri iştirak edirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi