Azərbaycanda özəl sektor dəmir yolu sahəsinin inkişafına cəlb oluna bilər

Azərbaycanda özəl sektor dəmir yolu sahəsinin inkişafına cəlb oluna bilər 2017-ci ilin sonuna qədər aşağıbüdcəli aviaşirkətin yaradılması üçün təyyarə parkının qurulmasına xarici investorlar cəlb olunacaq
İnfrastruktur
30 Dekabr , 2016 15:39
Azərbaycanda özəl sektor dəmir yolu sahəsinin inkişafına cəlb oluna bilər

Bakı. 30 dekabr. REPORT.AZ/ 2020-ci ilə qədər Azərbaycanda hava limanlarının infrastrukturunun təkmilləşdirilməsi, “Airbus” və “Embraer” tipli köhnəlmiş təyyarələrin yenilənməsi nəzərdən keçiriləcək. 

“Report” xəbər verir ki, bu barədə Azərbaycanda logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsində bildirilir.

Sənədə əsasən, aidiyyəti qurumlar beynəlxalq və yerli təyinatlı hava limanlarının infrastrukturunun təkmilləşdirilməsi üçün qısa və uzunmüddətli planlar hazırlayacaq, o cümlədən Heydər Əliyev Beynəlxalq Hava Limanında infrastruktur imkanlarının genişləndirilməsini həyata keçirəcək. Görüləcək tədbirlərdə regionların strateji inkişaf tələbləri də nəzərə alınacaq.

Strateji Yol Xəritəsi çərçivəsində 2017-ci ilin sonuna qədər aşağıbüdcəli aviaşirkətin yaradılması üçün təyyarə parkının qurulması istiqamətində işlərin görülməsi və bu sahəyə xarici investorların cəlb olunması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdən keçiriləcək. 

Bundan başqa, dəmir yolları sahəsində özəl sektorun iştirakının təmin edilməsi logistika və ticarət sahəsinin inkişafı üçün dəmir yollarında ən çox investisiya tələb edən sahələrə özəl investisiyaların cəlb olunması və ya birgə müəssisələrin yaradılması istiqamətində zəruri addımlar atılacaq, dəniz nəqliyyatı sahəsində özəl sektorun iştirakının təmin edilməsi, Xəzər dənizindən tranzit yüklərin sürətli keçidinə nail olmaq üçün özəl gəmi operatorlarının yükdaşımada iştirakının təmin olunması sahəsində zəruri tədbirlər görüləcək.

Son xəbərlər

Orphus sistemi