Yuxarı

​Azərbaycanda ötən il su abunəçilərinin sayı 9% artıb

Azərbaycanda su təchizatı sahəsində sayğaclaşma səviyyəsi 57%-ə çatdırılıb

Bakı. 13 yanvar. REPORT.AZ/ "Azərsu" ASC-nin xidmətindən yararlanan abunəçilərin sayı 2014-cü ildə 104 min nəfər və ya 8,5% artıb.

"Report"un "Azərsu"nun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən aldığı məlumata əsasən, 2015-ci il 1 yanvar tarixində ölkə üzrə 1 309 401 abunəçi su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. İstehlakçıların 1 255 831-ni (96%) əhali, 53 570-ni (4%) isə qeyri-əhali qrupu abunəçiləri təşkil edib. Hesabat dövründə əhali qrupu abunəçilərinin sayı 7,8%, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 31% artıb.

İl ərzində abunəçi sayında artım əsasən yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması, içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.

Bununla yanaşı bildirilir ki, 2015-ci ilin əvvəlinə Azərbaycanda su təchizatı xidməti göstərilən abunəçilərin 750 mini sayğacla təmin olunub, bununla da sayğaclaşma səviyyəsi 57%-ə çatdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi