Azərbaycanda ötən il 524 km uzunluğunda avtomobil yolları tikilib və təmir olunub

Azərbaycanda ötən il 524 km uzunluğunda avtomobil yolları tikilib və təmir olunub "Azəravtoyol"un sədri Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı görülən tədbirlər barədə məlumat verib
İnfrastruktur
14 Mart , 2016 13:26
Azərbaycanda ötən il 524 km uzunluğunda avtomobil yolları tikilib və təmir olunub

Bakı. 14 mart. REPORT.AZ/ Ötən il "Azəravtoyol" ASC ölkənin bütün bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirib. 

"Report"un Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına istinadən verdiyi xəbərə görə, "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov bildirib ki, 2015-ci il ərzində 524,4 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları tikilib, yenidən qurulub, təmir olunub, 12 ədəd yeni avtomobil körpüsü, 3 ədəd yol ötürücüsü, 2 ədəd tunel və 9 ədəd piyada keçidi tikilərək istismara verilib. 

Qeyd edək ki, 2015-ci il ərzində Bakı şəhərində 112,1 km təşkil edən 42 adda küçə və prospektdə təqribən 440 min kv.m sahədə əsaslı təmir və yenidənqurma işləri aparılıb.

S.Məmmədov Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi barədə bildirib ki, 2015-ci ildə Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsinin birinci texniki dərəcəyə uyğun təkmilləşdirilməsi layihəsində son tamamlanma işləri aparılıb. Daha sonra isə Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin də yenidən qurulmasına başlanılması planlaşdırılır: "Qeyd edilən layihənin tam reallaşdırılmasından sonra Şərqdən Qərbə və əks istiqamətdə Böyük İpək Yolunun Azərbaycandan keçən hissəsi olmaqla, Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yük daşımalarının inkişafında daha da mühüm yer tutacaq".

Son xəbərlər

Orphus sistemi