Azərbaycanda ötən il 12 min fərdi yaşayış evi tikilib

Azərbaycanda ötən il 12 min fərdi yaşayış evi tikilib Bakı. 24 aprel. REPORT.AZ/ 2017-ci ildə Azərbaycanda bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 2 014,7 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilib.
İnfrastruktur
24 Aprel , 2018 10:19
Azərbaycanda ötən il 12 min fərdi yaşayış evi tikilib

Bakı. 24 aprel. REPORT.AZ/ 2017-ci ildə Azərbaycanda bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 2 014,7 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istifadəyə verilmiş ümumi sahənin 102,9 min kvadrat metri doğma yurdlarını tərk etmiş məcburi köçkünlər üçün tikilmiş evlərin payına düşür.

İl ərzində mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 960,3 mln. manat olub, onun 149,8 mln. manatı dövlət, 810,5 mln. manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.

Ötən il ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 11,5 min yaşayış evi tikib ki, onların əksəriyyəti Naxçıvan MR-da, Bakı, Sumqayıt və Lənkəran şəhərlərində, Abşeron, Şəmkir, Sabirabad, Qazax, Cəlilabad və Tovuz rayonlarında inşa edilib.

Son xəbərlər

Orphus sistemi