Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı davam etdiriləcək

Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı davam etdiriləcək “Fransanın “Alstom” şirkəti yaxın 2 il ərzində Azərbaycan üçün 40 lokomitiv tədarük edəcək”.
İnfrastruktur
13 İyun , 2019 16:40
Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı davam etdiriləcək

“Fransanın “Alstom” şirkəti yaxın 2 il ərzində Azərbaycan üçün 40 lokomitiv tədarük edəcək”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqı - Azərbaycan biznes forumu çərçivəsində təşkil edilmiş plenarda çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanın dəmir yolu təsərrüfatının potensialını xeyli artıracaq.

Daha sonra çıxış edən “Azərbaycan Hava Yolları” QSC-nin departament direktoru Fərhad Quliyev isə diqqəti hava nəqliyyatı ilə bağlı infrastrukturun inkişafına yönəldib: “Hazırda dünyada ildə 4,2 milyard sərnişin daşınır. 10 ildən sonra bu rəqəm 2 dəfə artaraq 8,2 milyard nəfərə çatmalıdır. Bu cür dinamika tələb edir ki, infrastrukturu inkişaf etdirək”. 

Son xəbərlər

Orphus sistemi