Azərbaycanda mənzillərin kirayəsi bahalaşıb

Azərbaycanda mənzillərin kirayəsi bahalaşıb Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanda mənzillərin kirayə haqqındakı aylıq bahalaşma 2 dəfə artıb. Belə ki, noyabr ayında mənzillərin kirayəsi 0,6% bahalaşıb.
İnfrastruktur
12 Dekabr , 2017 16:16
Azərbaycanda mənzillərin kirayəsi bahalaşıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanda mənzillərin kirayə haqqındakı aylıq bahalaşma 2 dəfə artıb. Belə ki, noyabr ayında mənzillərin kirayəsi 0,6% bahalaşıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Rəsmi statistikaya əsasən, noyabrda mənzillərin orta aylıq kirayə haqqı 96,78 manat təşkil edib.

Qeyd edək ki, oktyabr ayı ərzində mənzillərin kirayəsi 0,3% bahalaşıb. Mənzillərin kirayəsində ən yüksək aylıq qiymət artımı yanvar ayında (3,5%) müşahidə olunub. Daha sonra, fevralda aylıq bahalaşma 0,1%-ə enib, martda 1,2%-ə yüksəlib, apreldə qiymət sabit qalıb, may ayından yenidən bahalaşamağa davam edərək 1,2% artıb, iyunda dəyişməyib, iyulda 0,6%, avqustda 1,1% və sentyabrda 1,5% artım qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi