Yuxarı
    Bağlamaq

    Azərbaycanda mənzil kirayəsində bahalaşma zəifləyib

    Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycanda mənzillərin kirayə haqqındakı aylıq bahalaşma zəifləyib. Belə ki, oktyabr ayı ərzində mənzillərin kirayəsi 0,3% bahalaşıb. Sentyabr ayında isə bu göstərici 1,5% təşkil edib.

    “Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Rəsmi statistikaya əsasən, oktyabrda mənzillərin orta aylıq kirayə haqqı 96,15 manat təşkil edib.

    Qeyd edək ki, mənzillərin kirayəsində ən yüksək aylıq qiymət artımı yanvar ayında - 3,5% müşahidə olunub. Daha sonra, fevralda aylıq bahalaşma 0,1%-ə enib, martda 1,2%-ə yüksəlib, apreldə qiymət sabit qalıb, may ayından yenidən bahalaşamağa davam edərək 1,2% artıb, iyunda dəyişməyib, iyulda 0,6%, avqustda 1,1% və sentyabrda 1,5% artım qeydə alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi