İsveçrə memarı Azərbaycanda layihələrin həyata keçirilməsi ilə bağlı təkliflə çıxış edib

İsveçrə memarı Azərbaycanda layihələrin həyata keçirilməsi ilə bağlı təkliflə çıxış edib İsveçrə memarları Azərbaycanda layihələrin həyata keçirilməsində maraqlıdır.
İnfrastruktur
21 Oktyabr , 2019 12:58
İsveçrə memarı Azərbaycanda layihələrin həyata keçirilməsi ilə bağlı təkliflə çıxış edib

"İsveçrə memarları Azərbaycanda layihələrin həyata keçirilməsində maraqlıdır".

"Report" xəbər verir ki, bunu Azərbaycan-İsveçrə biznes forumunda çıxışı zamanı arxitektor Stiv Rey (Steve Ray) deyib.

"Təmsil olunduğum büroda 10-a yaxın mütəxəssis çalışır və Sineqalda, Çində memarlıq layihələrini həyata keçiriblər. Bu kimi layihələri nəyə görə Azərbaycanda keçirtməyək?!", - Stiv Rey qeyd edib.

Xatırladaq ki, bu gün Bakıda Azərbaycan ilə İsveçrə arasında biznes forum keçirilib. İsveçrədən bir sıra şirkətlər iştirak ediblər. Biznes forumda qeyd edilib ki, indiyə qədər İsveçrə Azərbaycana 861 milyon ABŞ dolları, Azərbaycan isə İsveçrəyə 2,7 milyard dollar investisiya qoyub.

Son xəbərlər

Orphus sistemi