Yuxarı

Azərbaycanda kommunal sektorla bağlı müraciətlər azalıb

​Azərbaycanda kommunal sektorla bağlı müraciətlər azalıb

61

"2019-cu ildə Azərbaycanda enerji daşıyıcıları və su təchizatı ilə bağlı müraciətlər, o cümlədən şikayətlər azalıb. Bu azalma qaz sayğaclarının quraşdırılması üzrə 14%, su sayğaclarının quraşdırılması üzrə 36%, elektrik sayğaclarının quraşdırılması üzrə 35%, su təchizatı məsələləri üzrə 30% təşkil edib".

“Report” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirilib.

“Prezident İlham Əliyev çıxışlarında enerji təminatının ölkə üçün strateji sahə olduğunu vurğulayır, qazlaşdırma işlərinin intensivləşdirilməsi, əhalinin fasiləsiz və keyfiyyətli su, qaz, elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması barədə tapşırıqlar verir. Son illər ərzində ölkəmizdə bu sahədə çox böyük işlər görülüb və şikayətlərin azalması görülən həmin işlərin göstəricisidir.

Təkcə ötən il 13 rayonun 27 kəndində 45 min əhalinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb. Ötən il Şəmkirçay sutəmizləyici qurğusunun tikintisi yekunlaşdırılıb. Məhsuldarlığı 140 min kubmetr olan mənbədən Gəncə şəhərinin təxminən 85%-i, Samux və Şəmkirin isə 100%-i içməli su ilə təmin olunacaq.

Bundan əlavə, daşınmaz əmlakın özəlləşdirilməsi, kənd təsərrüfatına kreditlərin ayrılması, aqrolizinq, baytarlıq və fitosanitar məsələlər, flora və faunanın mühafizəsi, turizm, elm və orta təhsil məsələləri, sosial mənzillə təmin olunma, yol və yol qovşaqlarının, yol nişanları və işıqforların qoyulması, lift təchizatı məsələləri ilə bağlı şikayətlərin sayı azalıb”, - məqalədə qeyd olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi