Azərbaycanda Qurban bayramı ilə əlaqədar sərnişindaşımaya yeni avtobuslar cəlb edilib

Azərbaycanda Qurban bayramı ilə əlaqədar sərnişindaşımaya yeni avtobuslar cəlb edilib Qarşıdan gələn Qurban bayramı günlərində sərnişin axınının çox olacağı nəzərə alınaraq, xəttə digər avtobuslarla yanaşı, iritutumlu neoplanlar da cəlb olunub.
İnfrastruktur
9 Avqust , 2019 16:54
Azərbaycanda Qurban bayramı ilə əlaqədar sərnişindaşımaya yeni avtobuslar cəlb edilib

Qarşıdan gələn Qurban bayramı günlərində sərnişin axınının çox olacağı nəzərə alınaraq, xəttə digər avtobuslarla yanaşı, iritutumlu neoplanlar da cəlb olunub. 

“Report” xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, bu sərnişinlərin komfortlu və rahat gedişini təmin etməyə yardımçı olacaq.

“Sərnişinlərdən xahiş edirik ki, səfər etmək istədikləri istiqamətlərə bilet almaq üçün yola düşməyi planlaşdırdıqları saatda deyil, daha öncədən gəlib biletləri əldə etsinlər” - deyə qurum bəyan edib. 

Son xəbərlər

Orphus sistemi