Azərbaycanda iyunda sərnişindaşıma tarifləri artıb

Azərbaycanda iyunda sərnişindaşıma tarifləri artıb Ölkənin nəqliyyat sektorunda yükdaşıma tarifləri isə cüzi azalıb
İnfrastruktur
15 İyul , 2015 16:47
Azərbaycanda iyunda sərnişindaşıma tarifləri artıb

Bakı. 15 iyul. REPORT.AZ/ Bu ilin iyun ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1% ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 1,3% bahalaşıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,1%, digər xarici ölkələr üzrə 4,1% bahalaşıb, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 11,7% artıb, yükdaşıma tarifləri isə sabit qalıb.

Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri müvafiq olaraq 1,4% və 1,1% azalıb, sərnişindaşıma tarifləri isə sabit qalıb.

Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb. 

İyun ayında boru kəməri vasitəsilə qazın nəql olunma tarifi 0,1% ucuzlaşıb, neftin nəql olunma tarifi isə sabit qalıb. 

Son xəbərlər

Orphus sistemi