Azərbaycanda ilk sosial evləri tikən şirkətlər məlum olub

Azərbaycanda ilk sosial evləri tikən şirkətlər məlum olub Tenderin hər lot üzrə bir olmaqla ümumilikdə üç qalibi var
İnfrastruktur
7 Mart , 2017 09:48
Azərbaycanda ilk sosial evləri tikən şirkətlər məlum olub

Bakı. 7 mart. REPORT.AZ/ Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC tərəfindən 3 lot üzrə elan edilmiş tenderin qalibləri müəyyən edilib. “Report” xəbər verir ki, tenderin hər lot üzrə bir olmaqla ümumilikdə üç qalibi var.

Məlumata görə, lot-1 üzrə “NN Group” MMC, lot-2 üzrə “Hünər İnşaat” firması və lot-3 üzrə “11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC qalib müəyyən edilib və müvafiq satınalma müqavilələri imzalanıb.

Xatırladaq ki, Bakı şəhərinin Yasamal rayonu ərazisində xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yaşayış kompleksinin tikintisi ilə əlaqədar tender elanı dekabrın 3-də elan olunub. Lot-1 üzrə 5 yaşayış binasının (qeyri-yaşayış sahələri ilə birlikdə) tikintisi, lot-2 üzrə 4 ədəd yaşayış binasının (qeyri-yaşayış sahələri ilə birlikdə) tikintisi, lot-3 üzrə isə ərazinin şaquli planlaşdırması, yollar, səkilər və istinad divarlarının tikintisi, abadlıq və yaşıllaşdırma işləri həyata keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi