Azərbaycanda sərnişin qatarları yeni hərəkət cədvəlinə keçirilir - CƏDVƏL

Azərbaycanda sərnişin qatarları yeni hərəkət cədvəlinə keçirilir - CƏDVƏL Yenilik dekabrın 13-dən qüvvəyə minir
İnfrastruktur
9 Dekabr , 2015 12:06
Azərbaycanda sərnişin qatarları yeni hərəkət cədvəlinə keçirilir - CƏDVƏL

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan dəmir yollarında beynəlxalq və yerli istiqamətdə hərəkət edən sərnişin qatarları dekabrın 13-dən etibarən yeni təsdiq olunmuş cədvəl üzrə hərəkət edəcək. Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Məlumata görə, 55/56 nömrəli Bakı-Moskva-Bakı sürət qatarı həftədə bir dəfə (IV günlər), 369/370 nömrəli Bakı-Xarkov-Bakı sərnişin qatarı qış mövsümündə 14.04.2016-cı ilədək və 19.10.2016-cı ildən 08.12.2016-cı ilədək dörd gündən bir, ayın tarixləri ilə Bakı-Minvodı-Rostov-Valuyki-Topoli-Xarkov marşrutu ilə; 449/450 nömrəli Bakı-Xarkov-Bakı sərnişin qatarı yay mövsümündə 23.04.2016-cı ildən 15.10.2016-cı ilədək, həftədə iki dəfə (II və VI günləri), Bakı-Həştərxan-Volqoqrad-Valuyki-Topoli-Xarkov marşrutu ilə, 391/392 nömrəli Bakı-Rostov-Bakı sərnişin qatarı yay mövsümündə 24.04.2016-cı ildən 17.10.2016-cı ilədək, dörd gündən bir, ayın tarixləri ilə hərəkət edəcək.

Bundan başqa, texniki səbəblərə görə 55/56 nömrəli Bakı-Moskva-Bakı sürət qatarı Bakıdan 31.12.2015-ci il tarixdə, geriyə Moskvadan 02.01.2016-cı il tarixdə bir reys hərəkətdə olmayacaq. 369/370 nömrəli Bakı-Xarkov-Bakı sərnişin qatarı 2015-ci ildə axırıncı dəfə dekabrın 25-də, 2016-cı ildə isə birinci dəfə yanvarın 9-da Bakıdan yola düşəcək. 

Ölkə daxilində hərəkət edən sərnişin qatarları, Bakıdan çıxma və Bakıya çatma vaxtlarında bəzi dəyişiklik edilməklə, öz hərəkət cədvəli üzrə hərəkətdə olacaq.

Son xəbərlər

Orphus sistemi